reklam

Ya biclikdən, ya da giclikdən

Rəşad Museyibzadə

TARIX /

“Elfsborg”-“İnter” ilk oyunda “İnter” 1-0 hesabıyla qalib gəlir, Asif Məmmədov bir neçə real qol imkanını əldən verir. “İnter”-“Elfsborg” oyununda isə Kaxaber Sxadadze meydana bir nəfər də olsun azərbaycanlı futbolçu buraxmır. Arif Daşdəmirov isə milliləşdirilmiş futbolçulardandı. “İnter” dördüncü dəqiqədə qırmızı alır, 45-ci dəqiqədə qol buraxır. İkinci hissəsinin ortalarında Asif Məmmədovu meydana buraxır. 90 dəqiqə ərzində başqa qol olmadığı üçün oyun əlavə vaxta gedir. Birinci əlavə vaxtın 10-cu dəqiqəsində azərbaycanlı Asif Məmmədov qapıçıyla təkbətək çıxır. Həs kəs  qol gözlədiyi bir anda, Asif topa toxunmağa cəsarət belə etmir. Topun arxasıyca qaça-qaça bir xeyli fikirləşir. Nə fikirləşdiyini bilə bilmərəm. Nəticədə top qapıçıda qalır. Kaxa buna bərk əsəbləşir. İkinci əlavə vaxtda Asifi çıxardıb digər azərbaycanlı Hüseynpuru salır. Bu dəfə də Huseynpur qapıçı ilə təkbətək çıxır Asifdən fərqli olaraq Huseynpur topa zərbə vurur, amma top qapının içinə girmir, dirəyə dəyib meydanı tərk edir. Kaxa çökür. Əlavə vaxt da bitir. Oyun gəlir penalti seriyasına. Kim vurur, kim vurmur sadalamayacağam hamısını. Azərbaycan vətəndaşı olan Arif Daşdəmirov gəlir topun başına, vurur və dirək. “Elfsborg”un oyunçusu penaltini dəqiq yerinə yetirir və növbəti mərhələyə adlayırlar. Uzunçuluq elədim razıyam.

Mətbuat konfransında Sxadadze deyir ki, yorulmuşam, getmək istəyirəm. Sxadadze ilə mətbuat çox problem yaşayıb. O, mətbuata qarşı hörmətsizlik edib, mətbuat Kaxanı boykot edib. Amma bu dəfə Kaxa çox çarəsiz görünürdü. Qol-qanadı sınıb yanına düşmüşdü.

Mənə görə Kaxa elə getsə yaxşıdı. Bu adam altı ildi Azərbaycandadı və hələ də azərbaycanlı futbolçuya bel bağlanmayacağını öyrənməyib. “Torba tikmək” azərbaycanlıların qədim adət-ənənəsidi. Bizim milli mənəvi dəyərlərimizdən sayılır. Tam əminliklə deyə bilmərəm ki, futbolçular Kaxaya torba tikib, amma nəsə gözüm su içmədi bu oyundan. Kaxa mətbuat konfransında dedi ki, məşqdə dəfələrlə bu təkbətək üzərində çalışmışdıq. Orda da tapşırığı yerinə yetirə bilməmişdilər. Mən bu gürcüləri çox bilmiş bilirdim. Ayə bu azərbaycanlıdı ee..Kiminsə çörəyinə bayis olmaq varsa, məmnuniyyətlə planlı şəkildə bunu həyata keçirdər. Birinci dəfə deyil ki? Müxtəlif dövrlərdə, müxtəlif vaxtlarda necə məşqçilərin dalından dəyib azərbaycanlı futbolçular.

Kaxa heç olmasa Qurban Qurbanovdan dərs götürməli idi. Qurban müəllim gördü ki, bu azərbaycanlı futbolçularla alınmayacaq, bir bir dallarından dəydi. Gətirdi komandaya səviyyəli legionerləri, bu il də çempion oldular.

Mən hələ də azərbaycanlı futbolçuların belə addım atdığına inanmıram, amma yenə də öz versiyalarım var.

Bu gün publika.az-da oxuduğuma görə Sxadadze ilə “İnter”in direktoru Natiq Məmmədov yola getmirlər. Ola bilər ki, Natiq Məmmədov desin ki, ayə, hamımız azərbaycanlıyıqdana. Pulumuzu niyə gürcülər yesin axı, elə özümüzkülər yesin.

İkincisi ola bilsin hücumçular Sxadadzenin oğlu Baçana Sxadadzeni qısqandılar. Məhz buna görə, belə yola əl atdılar.

Onu bilirəm ki, azərbaycanlı futbolçuların “ya bicliyindən, ya da gicliyindən” “İnter” mərhələni keçə bilmədi.