reklam
"Qəbələ" "qoyun ili"ni gözləyir

"Qəbələ" "qoyun ili"ni gözləyir

Səxavət Qurbanov

TARIX /

Roman Qriqorçuk "Qəbələ"nin yeni baş məşqçisi oldu. Ukraynalı gedən rumıniyalının boşluğunu doldurmağa çalışmalıdı ki, boş qalan yeri dolduracaq, ancaq sadəcə boş yeri...

Məşqçi istefaları ilə şou göstərən əyalət klubunda tək hədəf qalıb - pul qazanmaq!

Hər halda geridə qoymaq üzrə olduğumuz "at ili"ndə komanda 2 dəfə forma, 2 dəfə də baş məşqçi dəyişib. Prinsipcə bu avrokubokları hədəfləyən komanda üçün böyük ayıbdı. Ancaq pul qazanmaq da ayıb deyil.

Məsələnin görünən tərəfi odur ki, tarixində ilk dəfə Avroliqaya vəsiqə qazanan "Qəbələ"nin fiaskosu bu mövsüm çempionatda özünü isbatlamaqdadı. Bəsit yalanlarla, açıqlamalarla gün-günə satılır. Ortada yenə bir iş yoxdu. Ki, iş zatən yox idi. Söhbət komandanın qazanmalı olduğu uğurlardan gedir. 8 illik işin əlbətt bir bəhrəsi olmalıydı. Az da olsa...

Hanı o iş? Nə çempionluq var, nə kubok...

Əvəzində hər gün yenilənən baş məşqçi postu var. Bircə o post "pas" atmayıb. Yəni, bizim oyunları "yenilədiyimiz" kimi siz də, baş məşqçi postunu "yenilənir" verirsiniz.

Hə, yadıma düşmüşkən deyim, klubun vitse-prezidenti Fariz Nəcəfov Munteanunun komandaya gətirdiyi "məhsullar"ın "zay" olduğunu görüncə, bundan sonra transferlərin klub rəhbərliyi tərəfindən həyata keçiriləcəyini bildirib. Yəni, biz yeni baş məşqçimizə inanmırıq. 

Normalda bu addımı da düz hesab etmək olar. Ancaq söhbət "Qəbələ"də transferlərin rəhbərlik tərəfindən edilməsindən gedincə, yenə portağal-portağala qarışır. Çünki, bu səlahiyyətlə onsuz da sizdə idi. Ha illər öncə, ha indi... 

Bu bizim klub rəhbərliklərinin deməməli olduğu sözlərdi. Onsuz bilən bilir...  Bu məsələdə heç istisnalar da yoxdu. Yəni, bu tip açıqlamalar hətta gülüş doğuracaq qədər primitiv təsir bağışlayır.

P.S. Qarşıdan "qoyun ili" gəlir. Transfer məsələsinidə "biz də varıq" deyən rəhbərlik çatlaya biləcək "çanaq"dan da ehtiyat etsə yaxşı olar. Bari bu dəfə iddialı klub görkəmində olmağa çalışmalarını işlərində isbatlasınlar.