reklam
UEFA açıqladı: "Qarabağ" yenə ən yaxşıdı, "Neftçi" və "Xəzər Lənkəran" isə...

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan klublarından ən yaşxı göstəriciyə yenə "Qarabağ" malikdi. Ağdam təmsilçisinin aktivində 10.750 xal var. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırda 135-ci pillədə qərarlaşıb.

Digər klublarımızın mövqeyi isə belədir: "Neftçi" - 159-cu pillə (9,000 bal), "İnter" - 272 (4,250), "Xəzər Lənkəran" - 291 (3,750), "Qəbələ" - 335 (3,000), "Bakı" və AZAL - 356 (2,500).

Qeyd edək ki, Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 balla 28-cidir.