reklam
"Buna görə də həmin anı çılğınlıqla qeyd etdim" -<strong><font color=#ff0000> Viktor İqbekoyi</font></strong>

Azərbaycan Premyer Liqasının debütantı "Zirə" mövsümə qələbə ilə başladı.

İdmanxeber.com-un məlumatına görə, "qartallar" ilk matçında AZAL-a bir cavabsız qolla qalib gələrək 3 xlaı aktivinə yazdırdı.

Qarşılaşmada vurulan yeganə qolun müəllifi, sabiq AZAL-lı Viktor İqbekoyi 6 il şərəfini qoruduğu komandanı məyus etdikdən sonra sevincini çılğın formada qeyd etməsində bir qəbahət görmür:

"İlk oyunumuz idi. Buna görə də qələbə qazanmağımız sevindiricidi. Hər futbolçu ilk oyuna qol vuracağına ümid edir. Bunu hər kəs istəyir. Digər komanda yoldaşlarım da fərqlənə bilərdi. Bu dəfə bu, mənə qismət oldu. Futbol emosiyalar oyunudu. Qol vurmağım məni xoşbəxt etdi. Buna görə də həmin anı çılğınlıqla qeyd etdim".