reklam
"Xəzər Lənkəran" azarkeşləri yenə birincidi: İlk turun azarkeş sayı (SİYAHI)

Azərbaycan Premyer Liqasında yeni - 2015-2016 mövsümünün lk turu üçün azarkeş sayı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, ilk turda ən çox azarkeşin izlədiyi matç "Xəzər Lənkəran" - "İnter" oyunu olub.

"Fırtınalar meydanı"nda baş tutan qarşılaşmanı 7 min tamaşaçı izləyib. 

Ən az tamaşaçının izlədiyi qarşılaşma isə "Rəvan" - "Sumqayıt" matçı olub. "Bayıl Arena"da baş tutan və qolsuz bərabərliklə başa çatan matçı cəmi 1000 tamaşaçı izləyib.

İlk tur üçün ümumi sıralama isə aşağıdakı kimidi:

"Xəzər Lənkəran" - "İnter" - 7000 azarkeş

"Qəbələ" - "Qarabağ"- 3200 azarkeş

"Neftçi" - "Kəpəz" -  1500 azarkeş

"Zirə" - AZAL -  1300 azarkeş

"Rəvan" - "Sumqayıt" - 1000 azarkeş