reklam
"Qəbələ" və "Qarabağ" Avroliqanın pley-off mərhələsinə qələbə ilə yollanır (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun 5 oyunu 3 gün ərzində keçiriləcək.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. 

Ölkəmizi Avropa Liqasında uğurla təmsil edən "Qəbələ" "Panatinaikos" öncəsi son sınağına "Dalğa Arena"da çıxacaq. "Qırmızı-qaralar" Mərdəkanda AZAL-ın qonağı olacaq. İlk turda xalsız qalan Tərlan Əhmədovun yetirmələri bu matçda xal qazanmağa çalışacaqsa, Qriqorçukun rəhbərlik etdiyi komanda isə yunanlarla oyun öncəsi yüksək motivasiyaya sahib olmağa çalışacaq.

Turun digər matçında isə "Qarabağ" "Rəvan"ın qonağı olacaq. "Bayıl Arena"da keçiriləcək qarşılaşmada favorit "Qarabağ"dı.

Azərbaycan Premyer Liqası

2-ci tur

15 avqust (şənbə)

21:00. “Rəvan” – “Qarabağ” 1:2 

Qollar: Yamin Ağakərimzadə, 67-avtoqol (0:1), Qara Qarayev, 83 (0:2), Tural Qürbətov, 87 (1:2)

Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Vaqif Musayev, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Vüsal Əliyev.

Bakı. “Bayıl Arena”.

21:00. AZAL – “Qəbələ” 0:2

Qollar: Qay, 45+ (pen), A.Antonov, 75

Hakimlər: Fariz Yusifov, Elman Musayev, İsgəndər Əliyev, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Arif Fərəcov.

Hakim-inspektor: Gülağa Cabarov.

Bakı. “Dalğa Arena”.

16 avqust (bazar)

18:30. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Gəncə şəhər stadionu.

21:00 “Sumqayıt” – “Xəzər Lənkəran”

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov.

AFFA nümayəndəsi: Nüvər Xasıyev.

Hakim-inspektor: Əli Hüseynov.

Sumqayıt. “Kapital Bank Arena”.

17 avqust (bazar ertəsi)

21:00. “İnter” – “Neftçi”

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Xaqani Məmmədov.

Bakı. “İnter Arena”.