reklam
"Neftçi" - "Sumqayıt" matçının məkanı və vaxtı dəyişdi

“Neftçi” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya oyunu ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi “Bakcell Arena” stadionunun təmirə bağlanacağını bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu səbəbdən klub Azərbaycan Premyer Liqasının III turunda  “Sumqayıt”la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Yuxarıda göstərilənləri nəzərə alan PFL “Neftçi” – “Sumqayıt” matçının məkanını və vaxtını dəyişib.

Belə ki, matç “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda reallaşacaq. Oyun 23 avqust saat 18:30-da başlanacaq.