reklam
"Xəzər Lənkəran" lider, "Qəbələ" və "Qarabağ"dan biabırçı göstərici

Azərbaycan Premyer Liqasında III tur başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, başa çatan turda ən çox azarkeş sayı "Xəzər Lənkəran" - "Rəvan" oyununda (1:1) qeydə alınıb. "Fırtınalar meydanı"nda baş tutan qarşılaşmanı 9500 tamaşaçı arenadna izləyib.

Turun ikinci ən yaxşı ikinci göstəricisi "Neftçi" - "Sumqayıt" oyununa təsadüf edir. Bakıxanovda baş tutan matçı 1500 tamaşaçı izləyib.

Ümumilikdə isə sıralama belədi:

Prmeyer Liqa, III tur

"Xəzər Lənkəran" - "Rəvan" - 9500 tamaşaçı

"Neftçi" - "Sumqayıt" - 1500 tamaşaçı

"Zirə" - "İnter" - 1000 tamaşaçı

"Qəbələ" - "Kəpəz" - 900 tamaşaçı

AZAL - "Qarabağ" - 450 tamaşaçı