reklam
"Sumqayıt"ın idman direktoru maşınla adam vurdu, yolun ortasında qoyub qaçdı

AFFA-nın, dha dəqiq desək, baş katib Elxan Məmmədovun uğursuz layihələrindən biri də premyer liqa təmsilçilərinə əcnəbi mütəxəssislərin idman direktoru təyin olunmasıdır. 

İdmanxeber.com-un məlumatına görə, ölkədə uşaq futbolunun səviyyəsinin yüksəldilməsinə hesablanmış bu addım hələ ki nəticə vermir və bu gedişlə verməyəcək də. Çünki bir - ikisini çıxmaq şərti ilə AFFA-nın dəvətiylə Azərbaycana işləməyə gəlmiş "futbol mütəxəssisləri" günlərini yola verməklə məşğuldu. Bu günlərdə "Sumqayıt"ın idman dirketoru Frenk Bernard AFFA-nın verdiyi maşınla adam vurub. Ən acınacaqlısı isə, almanın vurduğu adama ilkin yardım göstərib, xəstəxanaya çatdırmaq əvəzinə, hadisə yerindən qaçmağa üstünlük verməsidir. O, baş verən hadisə ilə bağlı polisi məlumatlandırmaq əvəzinə, AFFA-ya özünü yetirib. Başbilənlər isə hadisəni ört-basdır etmək üçün o dəqiqə hərəkətə keçiblər. Vurulan adamın kimliyini dəqiqləşdirdikdən sonra assosiasiyanın elçiləri əlləri dolu onun yaşadığı ünvana yollanıblar. Dədə - baba qaydası (müalicə xərcini və cib xərcliyini ödəmək) ilə vurulan adamın yaxınları ilə razılığa gəldikdən sonra ünvanı tərk ediblər.

Futbol+