reklam
"Neftçi" qalib gəldi, Sumqayıtda heç-heçə (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında "Sumqayıt" "Zirə"ni qonaq edəcək. "Gənclik şəhəri"nin təmsilçisi yeni mövsümdə ilk qələbəsini qazanmağa çalışacaqsa, debütant "Zirə" növbəti 3 xalı aktivinə yazdırmaqla turnir cədvəlində ikinci pilləyə yüksələ bilər.

ünün son qarşılaşması paytaxtda keçiriləcək. Turun qapanış matçında "Neftçi" "Rəvan"la üz-üzə gələcək.

13 sentyabr
 

Azərbaycan Premyer Liqası, IV tur
 
21:00. “Rəvan” – “Neftçi” - 1:3

Qollar: 
Fəhmin Muradbəyli, 24 (0:1), Rəhman Hacıyev, 40 (0:2),  Nicat Muxtarov, 70 (1:2), Fəhmin Muradbəyli, 82 (1:3)
Qırmızı vərəqə: Aylton Silva, 56 (0:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ömər Paşayev
Bakı. “Bayıl Arena”

19:00. “Sumqayıt” – “Zirə” - 0:0

Hakimlər: 
Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Sumqayıt şəhər stadionu.