reklam
Tərlan Əhmədov: "Neçə aydı ki, maaş verə bilmirik"

Topaz Premyer Liqasının VII turu AZAL üçün əlamətdar oldu.

İdmanxeber.com-un məlumatına görə, komanda cari mövsümdə ilk qələbəsini məhz bu gün “Rəvan” üzərində qazandı 1-0.

Oyundan sonra medan sahiblərinin baş məşqçisi Tərlan Əhmədov bunları deyib:

“Oyunun ağır olacağını bilirdim. Biz son pillədə, rəqib bizdən 1 pillə öndə qərarlaşmışdı. Hazırda “Rəvan”da çıxış edən iki oyunçu hazırlığı bizimlə birgə keçmişdi. Heyətimizdə problemlər olsa da, bizim üçün vacib məsələ 3 xal qazanmaq idi. Qələbədən sonra hər oyuna motivasiya yüksək olur.

Hakim hər epizoda görə sarı vərəqə verdi. Bizim maddi durumumuz yaxşı deyil. Sarı vərəqələrə görə isə cərimələnəcəyik. Çox istərdik ki, adi epizodlarda sarı vərəqə verilməsin. Bu durum həm bizə, həm də oyunçulara problem yaradır. Neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur”.