reklam
Aqil Məmmədov: "Futbolçularımın bacarığı bu qədər deyil"

“Maraqlı oyun oldu. Məncə, “Kəpəz” layiqli qələbə qazandı”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov “Kəpəz”ə uduzduqları oyundan (1:2) sonra deyib.

Futbolçularının çıxışından razı qalmadığını deyən gənc mütəxəssis yerli futbolçularla bundan artığını edə bilməyəcəklərini qeyd edib: “Ümumiyyətlə, futbolçunun həmişə keyfiyyətini  əsas götürmüşəm. Oyunçuda mütləq xarakter olmalıdır. Bu gün mənim futbolçularım mübarizədən qaçırdılar. Bunun konkret səbəbini bilmirəm. Bəlkə azarkeşlərin çoxluğundan, bəlkə də havadandır. Futbolçularımın bacarığı bu qədər deyil. 
Sadəcə, bu gün alınmadı. Azərbaycanlı futbolçuların çox olmasının tərəfdarıyam. Amma bir məqama diqqət yetirək: bu gün qapımızdan keçən 3 qolun ikisinin müəllifi legioner oldu. AZAL ilə oyunda da legioner bizi cəzalandırmışdı. Məncə, bizim heyətimizdə legioner olmasa, hər il çempionatda qalmaq üçün oynayacağıq”.