reklam
"Simurq"la oyunda zədələnən futbolçu: "Allah köməyim olsun" - FOTO

AZAL bir futbolçusunun xidmətindən məhrum olub. 

Söhbət Ruslan Tağızadədən gedir. Paytaxt klubunun futbolçusu son turda "Simurq"la qarşılaşmada aldığı zədə onu ən azı bir ay yaşıl meydanlardan kənar qoyacaq.

"Təyyarəçilər"in futbolçusu idmanxeber.com-a açıqlamasında bunları dedi:

"Simurq"la oyunda aldığım zədə ucbatından bir ay komandama kömək edə bilməyəcəm. İkinci dövrənin 3-4 turundan sonra meydana çıxa biləcəm. Allah köməyim olsun".

 

 

Xəbərə aid şəkillər

idman xeber