reklam
Mövsümün ilk "El Klassiko"sunun vaxtı müəyyənləşdi

Dünyanın ən böyük derbilərindən biri olan "Barselona" - "Real" (Madrid) oyununun vaxtı müəyyənləşib.

Mövsümün ilk "El Klassiko"su oktyabrın 26-da keçiriləcək. "Nou Kamp"da baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, son "El Klassiko"da "Real" "Barselona"nı səfərdə 2:1 hesabı ilə məğlub etmişdi.