reklam
"Zirə"nin futbolçusu: "2 xalı hakimlərə görə itirdik" (MÜSAHİBƏ)

"Zirə"nin futbolçusu Adil Nağıyevin İdmanxeber.com-a müsahibəsi.

- Adil, ilk öncə oyun haqda fikirlərini öyrənərdim. Yenə qələbəyə həsrət qaldız...

Oyundan öncə yalnız qələbə qazanmağı düşünürdük. Matça yaxşı başlamasaq da, geriyə düşdüyümüz halda vəziyyəti öz xeyrimizə dəyişə bildik. Ev sahibi olduğumuz üçün həm yaxşı oyun, həm də 3 xal qazanmaq istəyirdik. Hər şey buna doğru gedirdi. Əfsuslar olsun ki, alınmadı.

- Nə mane oldu qələbə qazanmağınıza?

İkinci hissə başlayan kimi bir futbolçumuz qırmızı aldı. Azlıqda qalmaq planımız da yox idi. Bu da təsirsiz ötüşmədi.

- Qələbə qazanmağınıza nə mane oldu?

Heç nə demək istəmirəm. Təkcə bunu bilin ki, bu oyunda bizə qarşı haqsızlıq çox oldu. Biz "Kəpəz"lə oyunda 2 xalı hakimlərə görə itirdik.

- Niyə "Zirə"yə qarşı haqsızlı olduğunu düşünürsən? 

Bugünkü oyun göstərdi ki, bizə qarşı haqsızlıq oldu. Ancaq istəməzdik belə olsun.

- Artıq 3 turdu ki, qələbə qazana bilmirsiz. "Zirə" gözə gəldi?

Futbolda məğlub edilməz komanda yoxdu. Biz hər matça qələbə qazanmaq üçün çıxır.q "Kəpəz"lə oyund abu alınmadı. Ancaq sevindirici haldı ki, komandamız 10 turda cəmi 1 dəfə uduzub.

- Növbəti turdakı rəqibiniz "İnter"di. Məntiqlə qələbəsizlik seriyanız daha bir tur davam edə bilər...

Xeyr, biz belə düşünmürük. Biz bu matça da qələbə üçün çıxacağıq. Səfərdə qalib gəlməklə 3 oyunluq qələbə həsrətimizə son qoymağa çalışacağıq.