reklam
"Azərbaycan millisi o qədər də yüksək səviyyəli deyil"

Rusiya millisinin futbolçusu Aleksandr Kokorin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Azərbaycan yığmaları ilə keçirəcəkləri oyundan öncə qarşılaşma barədə danışıb. Moskva “Dinamo”sunun hücumçusu bunları deyib:

“Qarşıdakı oyunlarda sübut edəcəm ki, məşqçi mənə hədər yerə etibar göstərmir. Bütün diqqətimi milliyə yönəltməyi öyrənmişəm. Qarşıdakı oyunlarda üz-üzə gələcəyimiz Lüksemburq və Azərbaycan milliləri o qədər yüksək səviyyəli deyil. Lakin əminəm ki, hətta birincilərlə görüş belə bizim üçün asan olmayacaq. Hər halda bu rəqiblər son dövrlər çox artırıblar. Bizim üçün vacib olanı 2 matçda 6 xal qazanmaqdı. Tablodakı hesabın isə heç bir əhəmiyyəti yoxdu”.