reklam

Premyer Liqanın XI turu çərçivəsində "Zirə" "İnter"lə qarşılaşacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlunun İdmanxeber.com-a verdiyi məlumata görə, komandanın heyətində iki futbolçu zədəlidi.

Zədə səbəbindən "Kəpəz"lə matça çıxış edə bilməyən İqor İvanoviç böyük ehtimalla "İnter"lə matçı da buraxmalı olacaq. "Kəpəz"lə oyunda zədələnərək sıradan çıxan Viktor İqbekoyinin durumu isə sual altındadı. "Qartallar"ın nigeriyalı futbolçusunun "bankirlər"lə oyunda meyxana çıxıb-çıxmayacağına sabah aydınmlıq gələcək.

Xatırladaq ki, Gəncə təmsilçisi ilə oyunda qırmızı vərəqə alan Aleksandr Şemonayev və Sadiq Quliyev "İnter"lə matçı buraxmalı olacaq.

Qeyd edək ki, "İnter" - "Zirə" matçı oktyabrın 31-də keçiriləcək.