reklam

"Xəzər Lənkəran"dan Toşakı savadsız adlandıran Hakimlər Komitəsinin sədri Xəqani Məmmədova cavab gəlib.

Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a açıqlamasında HK sədrinin cavabını sərt şəkilə verib:

"Rəvan" və "Xəzər Lənkəran" klublarının əvəzedici komandalarının oyununda Toşakı təəccübləndirən məqam o idi ki,baş hakim penalti qərari verir,sarı vərəqə göstərir,laysman dinmir.Yalnız ev sahibi komandanın ciddi və israrlı etirazından sonra laysman baş hakimə qərarına dəyişməyə kömək edir. O ki, qaldı Xəqani Məmmədovun Toşakın səviyyəsini muzakirə etməyə, Xəqani Məmmədov nəinki Toşakın səviyyəsini, onun 35 il öncə mıxdan asdığı butsunun ipini belə müzakirə etməyə gücü və biliyi çatmaz. "Real"ın heç 10 yaşlı futbolçularının oyununu idarə etməyən keçmiş referinin "Real"ın (Madrid) əsas komandasinin baş məşqçisinin səviyyəsindən danışmağı gülüncdür. Xəqani Məmmədovun səviyyəsini Anar Salmanov, Rəhim Həsənov, Elnur Muradovun verdiyi qərarlarla biz cox gözəl ölçürük".