reklam
"Kəpəz" Qəbələdən 3 xalla dönür (YENİLƏNİB)

Bu gün Azərbaycan Premyer Liqasında XI turun oyunlarına start veriləcək. 

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

Avropa Liqasındakı təmsilçilərimiz - "Qarabağ" və "Qəbələ" müvafiq olaraq AZAL və "Kəpəz"lə üz-üzə gələcək.

Günün erkən matçı isə "İnter" və "Zirə" komandaları arasında olacaq. 

Qeyd edək ki, tura noyabrın 2-də keçiriləcək iki oyunla yekun vurulacaq.

31 oktyabr (şənbə)

Azərbaycan Premyer Liqası, XI tur

16:00.“İnter” – “Zirə” - 0:0

Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Coşqun Həsənov, Ömər Paşayev

“İnter Arena”

18:00.“Qəbələ” – “Kəpəz” - 1:2

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Elvin Əsgərov

Qəbələ şəhər stadionu

19:00.“Qarabağ” – AZAL - 2:0

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu