reklam
"Zirə" "Xəzər Lənkəran"ı, AZAL "Sumqayıt"ı məyus etdi (YENİLƏNİB)

Azərbaycan Premyer Liqasında XIV turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, ikinci oyun günündə 2 oyun baş tutacaq.

Öncə Şüvəlanda AZAL "Sumqayıt"ı qonaq edəcək.

Günün son matçında avrokubokları hədəfləyən debütant "Zirə" öz meydanında "Xəzər Lənkəran"la qarşılaşacaq.

Azərbaycan Premyer Liqası, 14-cü tur

28 noyabr (şənbə)

14:30. AZAL - “Sumqayıt” - 2:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Mehman Mahmudov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.

Bakı. AZAL Arena.

16:30. “Zirə” - “Xəzər Lənkəran” - 1:0

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Coşqun Həsənov.

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov.

Zirə İdman Kompleksinin stadionu.