reklam
"Neftçi" - AZAL matçında gərginlik - FOTOLAR

Topaz Premyer Liqası XVII turu çərçivəsində keçirilən "Neftçi" - AZAL (0:1) matçında gərgin anlar yaşanıb.

İdmanxeber.com-un stadiona ezam olunmuş müxbirinin verdiyi məlumata görə, meydan sahiblərinin azarkeşləri ilə polislər arasında insident yaşanıb.

Oyunun 81-ci dəqiqəsində "Forza Neftçi" azarkeş qrupu qanun keşikçiləri ilə mübahisə edib. Bundan sonra azarkeşlər stadionu tərk etməyə başlayıblar.