reklam
Bu aparıcıya edilən sevgi etirafı "Qarabağ" - "Qəbələ" oyununu "kölgədə qoydu" <strong><font color=#ff0000> (FOTOLAR)</font></strong>

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib.

İdmanxeber.com Azxeber.com-a istinadən xəbər verir ki, "Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edib. Matç 1:1 hesabıyla sona çatıb.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda ("Azərsun Arena") keçirilən qarşılaşmada meydan sahiblərinin azarkeşlərindən biri maraqlı plakat açıb. Belə ki, Murad Qafarov adlı bir azarkeş oyunu canlı yayımlayan CBC telekanalında işləyən Nərmin adlı xanıma sevgi etirafını bildirib. Bu plakat böyük maraqla qarşılanıb.

Məlum olub ki, bu xanım CBC Sport-un "Xəbərlər" proqramının aparıcısı Nərmin Candır. Bundan əvvəl TRT Avaz kanalında çalışan Nərmin Azərbaycanın ən gözəl xanım aparıcılarından sayılır.

Xarici Dillər Universitetinin tələbəsi olan Nərminin fotolarını təqdim edirik: