reklam
Nikolov getdi, "İnter"də yeni prezident rəsmən açıqlandı

"İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunmuşdur.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Klub rəhbərliyi Georgi Nikolova "İnter"PİK-in inkişafında göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkürünü bildirir və ona gələcək fəaliyyətində uğurlar arzulayır.