reklam
Səlahət Ağayev "İnter"lə anlaşa bilmədi və...

Bakının "İnter" klubu ilə müqavilə müddəti başa çatmış qolkiper Səlahət Ağayevlə yollarını ayırmaq məcburiyyətində qalıb.

İdmanxeber.com-un Avrofutbol.com-a istinadən verdiyi məlumata görə, "İnter" rəhbərliyi təcrübəli dəri əlçək sahibi ilə müqaviləni artırmaq istəyib. Ancaq indiyə kimi komandanın kapitanı olan Səlahət Ağayev paytaxt klubunun şərtləri ilə razılaşmayıb. Klubun yeni rəhbərliyi hazırda maliyyə vəziyyətlərinin Səlahət Ağayevin minimum şərtlərini belə ödəmək imkanında olmadığını deyib.

Hazırda azad agent olan Səlahət Ağayevin xidmətlərindən Azərbaycan iddialı klubların bir-neçəsi maraqlıdır. Yaxın günlərdə futbolçunun hansı klubda oynayacağı müəyyənləşəcək.