reklam
"İnter"də "yarpaq tökümü": Daha 4 futbolçu göndərildi (RƏSMİ)

Bakının "İnter" klubunda "yarpaq tökümü" davam edir.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov İdmanxeber.com-a bildirib ki, Abdulla Abatsıyev və Səlahət Ağayevin ardından daha 4 futbolçu komandadan gedib.

Bunlar Stepan Polyak, Xuan Fransisko, İvan Benites və Emilan Villadır. İlk iki futbolçunun müqaviləsinin müddəti başa çatdığından onlarla yeni sözləşmə imzalanmayıb. Benitez və Villa ilə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib