reklam
"Zirə" Antalyada 3 yoxlama oyunu keçirəcək

Azərbaycan Premyer Liqasında qış fasiləsinə 3-cü yerdə çıxan “Zirə”nin hazrlıq planı məlum olub.

İdmanxeber.com-un məlumatına görə, komanda yanvar ayının 5-də Bakıda bir araya gələcək.  4 gün Zirə İdman Kompleksində gündə bir dəfə olmaqla məşq edəcək komanda təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyənin Antalya şəhərində keçirəcək. Qardaş ölkədəki hazılıq mərhələsinin ilk həftəsində komanda fiziki hazırlıq üzərində çalışacaq.

Növbəti həftədə isə baş məşqçi Adil Şükürov ümumi texniki-taktiki hazırlığa üstünlük verəcək və komanda yoxlama oyunlarında qüvvəsini sınayacaq. Antalyada “Zirə” 3 yoxlama oyunu keçirəcək. Qarşılaşmalar 16, 19 və 22 yanvarda baş tutacaq. Rəqiblərin adı isə yaxın günlərdə məlum olacaq.