reklam

Hücumçu Vüqar Nadirov və qolkiper Kamran Ağayevin Bakı “İnter”inə keçidi rəsmiləşib.

Klubdan İdmanxeber.com-a verilənməlumata görə, millimizin hər iki üzvü ilə 6 aylıq müqavilə imzalanıb.

Onlar bu gün komanda ilə Antalyaya yollanacaq.

Buna qədər  Abdulla Abatsiyev, Səlahət Ağayev, İvan Benites, Xuan Fransisko, Emilian Vila, Stepan Polyak və Dieqo Martinslə yollarını ayıran “bankirlər”  Mirhüseyn Seyidov, Rauf Əliyev, Fuad Bayramov, Nizami Hacıyev, Ruslan Əmircanov, İlkin Qırtımov, Elnur Abdullayev və Denis Silva ilə müqaviləni yeniləyib.