reklam

"Sumqayıt" üç yoxlama oyunu keçirəcək

TARIX /

"Sumqayıt"  Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək. "Sumqayıt" FK sabah saat 14:00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq.

Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. "Sumqayıt" yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə komanda AZAL-a səfərdə qarşılaşacaq.