reklam
Bakı "İnter"i Bundesliqa klubu ilə qarşılaşacaq

Hazırda Antalyada təlim-məşq toplanışında olan Bakı "İnter"inin yoxlama görüşündə qarşılaşacağı daha bir rəqibi məlum olub.

İdmanxeber.com-un məlumatına görə, Bank klubu Almaniyanın məşhur "Verder" komandası ilə üz-üzə gələcək. 

Bremen təmsilçisi ilə oyun yanvarın 15-də keçiriləcək matçın Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yanvarın 23-dək Türkiyənin Antalya şəhərində toplanışda olacaq "İnter" hazırlığın son günündə Almaniyanın şimal-şərq regional liqasında mübarizə aparan "Nordhauzen" klubu ilə qarşılaşacaq.