reklam
"Sumqayıt"ın matçının yeri dəyişdirildi

"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, sumqayıtlılar hazırlığın bu mərhələsində 3 yoxlama oyunu keçirəcək.

Belə ki, sözügedən komanda yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə "Sumqayıt" səfərdə AZAL-la qarşılaşmalı idi. Lakin həmin oyunun məkanı dəyişdirilib. AZAL-la yoxlama oyunu həmin saatda "Kapital Bank Arena"da baş tutacaq.