reklam

"İnter" Bundesliqa klubuna uduzdu

TARIX /

Bakının “İnter” klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, Antalyada hazırlıqlarını davam etdirən Zaur Svanadzenin komandası Almaniyanın “Verder” klubu ilə qarşılaşıb.

İki gün əvvəl bu komandanın əvəzediciləri ilə üz-üzə gələn “bankirlər” rəqibinə 0:1 hesabı ilə uduzub. "İnter" "Verder"in əsas komandasına da eyni hesabla məğlub olub - 0:1.

Qeyd edək ki, “İnter” Antalyada daha iki yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisi Yanvarın 19-da "Slovan"la (Sloveniya), yanvarın 23-də isə Atırau" (Qazaxıstan) ilə qarşılaşacaq.

15 yanvar

Yoxlama oyunu

14:00. “İnter” – “Verder” (Almaniya) - 0:1

Qol: Pizarro, 42 (0:1)