reklam
"Zirə" ilk oyununda uduzdu (YENİLƏNİB)

"Zirə" ilk oyununda uduzdu (YENİLƏNİB)

TARIX /

Türkiyənin Antalya şəhərində məşqlərini davam etdirən “Zirə” bu gün ilk yoxlama oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə,  əvvəlcə bu tarixdə “Traktor Sazi” ilə müqavilə imzalansa da, Təbriz klubunun

Antalya toplanışından imtina etməsi üzündən dəyişiklik edilib.

Adil Şükürovun komandası bu gün Qazaxıstanın “Ordabaşı” klubu ilə üz-üzə gələcək.  Bələkdə “Kaya” otelinin stadionunda baş tutacaq qarşılaşma  yerli vaxtla 17:00-da (Bakı vaxtı ilə 19:00) başlayacaq.

Həmçinin, “qartallar” yanvarın 19-da qarşılaşacağı rəqibin də adı məlum olub. “Zirə” Almaniyanın Regional liqası təmsilçilərindən “Optik”lə görüşəcək. Həmin oyun Sidedə baş tutacaq və saat 17:00-da başlayacaq. Yanvarın 22-də isə “Zirə” Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.  

16 yanvar

Yoxlama oyunu

"Zirə" - "Ordabaşı" (Qazaxıstan) - 1:4
Qollar:
 Radivoeviç, 40 (0:1), Nurqaliyev, 45 (0:2), Nurlan Novruzov, 55 (1:2), Xaykibasov, 65 (1:3), Yunuzoviç, 66 (1:4)