reklam
"Sumqayıt" İran klubu ilə qarşılaşacaq

"Sumqayıt" İran klubu ilə qarşılaşacaq

TARIX /

Dünən ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradan “Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, komanda bu gün qonşu ölkədə növbəti məşqini keçirib. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında komanda daha çox taktiki və texniki çalışmalar üzərində işləyib. Sonda kollektiv ikitərəfli oyunla məşqi tamamlayıb.

Bu arada, Samir Abbasovun yetirmələrininTürkiyədəki daha bir rəqibi müəyyənləşib. Belə ki, “Sumqayıt” FK yanvarın 21-də İranın “Sepehan” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

“Sumqayıt” FK “Sepehan”dan başqa növbəti yoxlama oyunlarını xəbər verdiyimiz kimi Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Klub yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.