reklam
"Zirə"nin Antalyadakı son sınağı (YENİLƏNİR)

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün son yoxlama görüşünü keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, "qartallar" Rumıniyanın “Tırqu-Mureş” klubu ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" Antalyada keçirdiyi ilk görüşündə "Ordabaşı"ya (Qazaxıstan) 1:4, "Optik"ə isə (Almaniya) 0:1 hesabı ilə uduzub.

22 yanvar

Yoxlama oyunu

19:00. "Zirə" (Azərbaycan) - "Tırqu-Mureş" (Rumıniya)