reklam
"İnter" "Atırau"ya qarşı (YENİLƏNİR)

"İnter" "Atırau"ya qarşı (YENİLƏNİR)

TARIX /

Antalyada təlim-məşq toplanışında olan Bakı "İnter"i sabah son yoxlama matçına çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, Zaur Svanadzenin komandası Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşacaq.

Keçirdiyi hər üç görüşdən məğlub ayrılan "İnter" son matçında qalib ayrılmağa çalışacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, "İnter" Antalyada keçirdiyi hər üç yoxlama görüşündə uduzub. "Verder"in əvəzedici və əsas komandasına 0:1 hesabı ilə uduzan "bankirlər" daha sonra Slovakiyanın "Slovan" klubuna məğlub olub - 0:2.

23 yanvar

Yoxlama oyunu

15:00. "İnter" (Azərbaycan) - "Atırau" (Qazaxıstan)