reklam

Kamran Ağayev tribunadan izləyəcək

TARIX /

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Zirə" ilə qarşılaşacaq "İnter" bu matça ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, "bankirlər"in heyətində yeni transfer Kamran Ağayev cəzalı, Mirhüseyn Seyidov və Rauf Əliyev isə zədəlidi.

Qeyd edək ki, "Zirə" - "İnter" qarşılaşması yanvarın 31-də keçiriləcək. Oyun saat 17:30-da başlayacaq.