reklam
Rəşad Qasımov: "Heç kim yada salmayacaq ki, necə oynadıq" - MÜSAHİBƏ

“İnter”in prezidenti Rəşad Qasımov 2016-ci ilin ilk rəsmi oyunundan – “Zirə” – “İnter” (2:1) matçından sonra jurnalistlərə müsahibə verib.

- Oyun barədə fikirləriniz...

- Komandanın məğlub olmasını gözləmirdim.  Oyun maraqlı oldu. Kifayət qədər qol imkanlarımız oldu. İstifadə edə bilsəyik 3-4 qol vura bilərdik. Təssüflər olsun ki, bəxtimiz gətirmədi. Yenə də komanda gözəl oldu. Heç birinci dövrədəki oyunlarda bu qədər qol imkanları olmamışdı. Bu səhvləri düzəltməyə yəqin ki, vaxt lazımdı.

- Bu “İnter”də sizin ilk rəsmi oyununuz idin. Təssüratlarınız necədi?

- Bu komadaya çoxdan bağlıyam, oyunlarını həmişə izləmişəm. Bugünki oyundan xoşum gəldi. Futbolda əsas nəticədi, təssüflər olsun ki, nəticəni ala bilmədik. “Zirə” iki xal önə keçdi.

- Məğlubiyyət bəxtsiliklə əlaqəlidi sizcə?

- Özüm futbol oynayan adam kimi deyim ki, məğlubiyyət məğlubiyyətdi. Bəxt ya da bəxtsizlik fərq etməz. Bir komanda digərindən daha üstün oldu. Bir həftədən sonra heç kim yada salmayacaq ki, necə oynadıq. Əsas nəticə yada düşəcək.

- Kamran Ağayevin diskalifikasiya ilə bağlı nə deyə bilərsiz?

- PFL-ə müraciət etmişik. Nəticəsi yəqin ki, bu həftə olacaq.

- Yeni transferlərin oynunu necə qiymətlədirirsiz?

Bu gün  görünürdü ki, Meza Kollinin səviyyəsi kifayət qədərdi. Bu səviyyə özünü büruzə verdi. Düşünürəm ki, digər futbolçular da keyfiyyətli futbol oynadılar.

- UEFA-nın cəzasının bitməsinin son günüdü...

- Bu cəzanın bitməsi gün olaraq sonuncudu. Rəsmiyyət alması bir qədər uzun çəkəcək. Müraciət olunub. Nəticəsi yəqin ki, bilinəcək. UEFA,  AFFA və FİFA-ya da müraciət olunub.  Yəqin ki, AFFA da köməklik edər.

- Avrokuboklara iddianız qalır?

- Əsas məqsəd komandanın yaşamağıdı. Avrokuboklar da həmişə hədəf olaraq qalır.