reklam

"Sumqayıt"da iki ciddi itki

TARIX /

Premyer Liqanın XXI turunda "Qəbələ" səfərindən məğlub dönən "Sumqayıt" iki ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, Samir Abasov XXII turda qarşılaşacaqları AZAL-la oyunda iki futbolçusu - Cəmil Hacıyev və Amit Quluzadənin xidmətindən məhrum olub. Sözügedən futbolçular "Qəbələ" ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüblər.

Qeyd edək ki, "Sumqayıt" - AZAL matçı fevralın 20-i baş tutacaq.