reklam

Ötən gün səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazanan "Zirə" itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, "qartallar"ın əsas müdafiəçilərindən olan Yovan Krneta zədələnib. Cənub təmsilçisi ilə matçda sıradan çıxan 24 yaşlı futbolçu əzələsini dartıb. Onun qarşıdakı turda "Neftçi" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.

Qeyd edək ki, "Zirə" - "Neftçi" matçı fevralın 27-də keçiriləcək.