reklam
"Zirə" "Neftçi" ilə matça 3 ciddi itki ilə hazırlaşır

Azərbaycan Premyer Liqasının XXIII turunda "Neftçi" ilə qarşılaşacaq "Zirə" matçın hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, "Zirə"də matçöncəsi 3 ciddi itki var. Bunlar Yovan Krneta, Elvin Məmmədov və Dieqo Souzadır. Onların "Neftçi" ilə matçda oynamayacağı gözlənilir.

Qeyd edək ki, "Zirə" - "Neftçi" matçı fevralın 27-si saat 15:00-da start götürəcək.