reklam

"Kəpəz" güclü komandadı. Bu qarşılaşma bizim üçün 6 xallıq oyundu. Bizə yalnız qələbə lazımdı. Çətin və maraqlı oyun olacaq. Çalışacağıq ki, qələbə qazanaq və rəqiblərimizdən bir qədər də uzaqlaşaq".

Bu sözləri İdmanxeber.com-a açıqlamasında "Zirə"nin futbolçusu Adil Nağıyev deyib.

"Qartallar"ın gənc üzvü Gəncə stadionunun ot örtüyünün yaxşı vəziyyətdə olmamasına da toxunub:

"Burada oynamaq çox çətindi. Çünki stadionun vəziyyəti heç də yaxşı deyil. Belə stadionda topla rəftar etmək çətindi. Sırf mübarizə aparmaq lazımdı. Bu gün oyun öncəsi son məşqimizə çıxacağıq və stadionun durumu ilə tam tanış olacağıq".

Qeyd edək ki, "Kəpəz" - "Zirə" oyunu sabah keçiriləcək.