reklam
Nizami Hacıyev "İnter"i tərk etdi

Nizami Hacıyev "İnter"i tərk etdi

TARIX /

Premyer Liqanın 27-ci turunda Neftçi"yə qarşı matçda zədə səbəbindən meydanı tərk edən Bakının "İnter" klubunun kapitanı Nizami Hacıyevin durumuna aydınlıq gəlib.

İdmanxeber.com-un klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, bu gün həkim müayinəsindən sonra məlum olub ki, yarımmüdafiəçinin əzələsində 10-12 santimetr dartılma var.

Əvvəlki zədəsini yeniləyən N.Hacıyev xüsusi terapiya prosedurundan keçmək məqsədilə bu gün Gürcüstana gedib.

Onun təqribən iki həftə meydanlardan uzaq düşəcəyi güman olunur.