reklam
"İnter" CAS-a müraciət edir

"İnter" CAS-a müraciət edir

TARIX /

Məlum olduğu kimi, 30 mart 2016-cı il tarixdə UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayaraq, “İnter”PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində (ölkədaxili futbol mövsümünün yekun nəticələrinə görə avrokubok oyunlarına vəsiqə qazanacağı halda) iştirak hüququndan məhrum etmişdi.

Bu qərara əsasən “İnter”PİK-ə apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ verilmişdi.

İdmanxeber.com-un klubun saytına istinadən verdiyi məlumata görə, klub bu hüquqdan istifadə etmək qərarına gəlmiş və zəruri hüquqi prosesə başlanılmışdır.