reklam
"Zirə" bunu da etdi

"Zirə" bunu da etdi

TARIX /

Premyer Liqada 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb.

Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf edib. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönüb. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə udub – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub.