reklam
AZAL avrokuboklar üçün stadion sifariş etdi

Bakının AZAL klubu avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. Bu barədə "Report"a klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağını nəzərə alsaq, "təyyarəçilər"in bu turnirdə iştirak etmək şansı çoxdur.