reklam

"Biz yenə zədələrdən əziyyət çəkirik. 6 aparıcı oyunçumuz oynamadı bu da oyunumuza təsir etdi. Çalışacağıq ki, oyun keyfiyyətimizi yaxşılaşdıraq"

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 31-ci turunda "Qarabağ"a qarşı keçirilən oyundan sonra deyib.

Təcrübəli mütəxəssis sözlərinə belə davam edib:

"Mən bəhanə etmirəm. Ancaq bu qədər oyunçumuzun olmaması da oz sözünü dedi. Fakt faktlığında qalır ki, bu gün "Qarabağ" bizdəb güclü idi"