reklam
Fomenko: "Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur"

"İnter"in hücumçusu Yuri Fomenkonun "Qarabağ"la matçdan sonra İdmanxeber.com-a müsahibəsi

-  Oyunla bağlı nə deyərdin?

"Qarabağ” bizdən yaxşı oynadı. Doğrudan da, çox üstün futbol sərgilədirlər. Bu futboldu. Bəzən alınır, bəzən alınmır.

- Mövsümün startındna zəif çıxış edirdin. Artıq oyununda stabillik var.

- Bunu başa düşmək olar. Mən məşq edirəm, artırıram. Bu işdə məşqçilərim mənə kömək edirlər.

- Bu gün zəif oynamağınıza səbəb nə idi? Demək olar ki, "İnter” çempionatı yox, kuboku düşünür?

- Hər bir oyuna eyni qaydada, eyni motivasiyada çıxırıq. Çempionat və ya kubok uğrunda mübarizə aparmağımızın fərqi yoxdur.

- Zəif çıxışlarınız UEFA-nın tətbiq etdiyi sanksiyadan irəli gəlmir?

- Hər hansı sanksiyanın oyunumuza təsiri yoxdur. Sadəcə, deyə bilərəm ki, bəzən alınır, bəzən alınmır. Futbolda bu başadüşüləndir.

- Mövsüm başa çatmaq üzrədir. Öz oyunundan razısanmı?

- Öz oyunum məni razı salmır. Üzərimdə çox işləməliyəm.