reklam
"İnter"in düşərgəsindən "Qarabağ"ı sevindirəcək xəbər

Azərbaycan kubokunun yarımfinal matçında “Qarabağ”la qarşılaşacaq Bakı “İnter”i oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, "bankirlər"in heyətində 5 futbolçu Ağdam klubu ilə oyunu buraxacaq.

Belə ki, sarı kart limiti dolan Meza Kolli, zədəli Nizami Hacıyev, Kamran Ağayev, İlkin Qırtımov və Elnur Abdullayev yarımfinal matçının ilk görüşünü buraxmalı olacaq.

Qeyd edək ki,  aprelin 27-də keçiriləcək  “İnter” – “Qarabağ” oyunu saat 16:00-da başlayacaq.