reklam
Bonilya heç yerə gedə bilməz - Müqavilədəki o ŞƏRT

Azərbaycan Premyer Liqasının hazırkı bombardiri Nelson Bonilyanın yeni mövsümdə karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.

İdmanxeber.com-un məlumatına görə, salvadorlu forvardın xidmətində "Qarabağ"ın maraqlı olduğu bildirilir.

Lakin Bonilyanın "Zirə"də qalıb-qalmayacağı özündən asılı deyil. Belə ki, "qartallar" Salvador millisinin də şərəfini qoruyan hücumçu ilə mövsümün əvvəlində 1+1 sistemi ilə müqavilə imzalayıb. Artıq 1 ili başa çatan Bonilya "Zirə" istəməyəcəyi təqdirdə heç bir komandaya gedə bilməz. 

14 qolla çempionatın bombardiri olan hücumçunun hazırkı gəliri "Zirə"də aya 4-5 min dollar təşkil edir. Əgər klub ikinci ildə də Bonilyanı saxlamaq istəsə o zaman komandanın üzərinə düşən yalnız müqavilədə göstərilən yeni şərtlərini yerinə yetirməkdi.

Qısacası sözləşməyə əsasən klub müqavilədə göstərilən yeni şərt ilə futbolçunu saxlamaq hüququna malikdir və bu da o deməkdir ki, "Zirə" istəsə Nelson qalacaq, istəməsə yox.