reklam
“Qarabağ”la ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq”

“İnter”in baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına açıqlama verib. 

İdmanxeber.com-un məlumatına görə, gürcü mütəxəssis Premyer Liqanın növbəti turu çərçivəsində “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan danışıb: “Sumqayıt”la oyuna hazırlıq prosesi normal keçir. İndi biz daha çox çempionat oyunlarına köklənmişik və qarşıdakı tur “Qarabağ”la keçirdiyimiz son ağır oyundan sonra azarkeşlərimiz qarşısında bəraət qazanmağa çalışacağıq. “Sumqayıt” yaxşı komandadır və bizi gərgin matç gözlədiyini anlayırıq”.

Svanadze heyətdəki problemlərdən də söz açıb: “Sezar Meza Kollinin və Kamran Ağayevin “Sumqayıt”la oyuna çıxmaları hələlik sual altındadır. Fuad Bayramov qırmızı vərəqə aldığından meydana çıxa bilməyəcək. Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdullayev zədəlidirlər”.